AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

MAHMUDOV Əhməd Əkbər oğlu

MAHMUDOV Əhməd Əkbər oğlu (25.5.1923, indiki Kəngərli r -nunun Şahtaxtı k.-8.5.1989, Bakı; Fəxri Xiyabanda dəfn olunmuşdur) -iqtisadçı. İqtisad elmləri doktoru (1968), prof. (1969), Azərb. Milli EA akad. (1983; m. üzvü 1972). Azərb. Dövlət Xalq Təsərrüfatı İn-tunun (indiki İqtisad Un-ti) uçot-statistika fakültəsini (1950) və Azərb. Milli EA İqtisadiyat bölməsinin (indiki İqtisadiyyat İn-tu) aspiranturasını (1954) bitirmişdir. Azərb. Milli EA İqtisadiyyat İn-tunda baş elmi işçi (1956-58), direktor müavini (1958-64) və direktor (1964 ildən ömrünün sonunadək) olmuşdur. Azərb. Milli EA Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq bölməsi akademik katibinin müavini (1981-85) işləmişdir. Siyasi iqtisadi, aqrar-sənaye komplekslərinin iqtisadiyyatı, ictimai istehsalın intensivləşdirilməsinin iqtisadi problemləri, Azərb-da, o cümlədən Naxçıvan MR-da k. t.-nın intensivləşdirilməsinin mahiyyəti və nəzəri əsasları, intensivləşdirmənin səviyyəsini müəyyən edən metodika və göstəricilər sistemi, onun əsas yolları, mənbə və xüsusiyyətləri sahəsində tədqiqatlar aparmışdır. Bir neçə kitab və monoqrafiyanın, 150-dən çox elmi məqalənin müəllifidir. Bir sıra mötəbər elmi şuraların, elm və texnika üzrə Respublika Dövlət Mükafatları Komitəsinin üzvü, Azərb. Milli EA İqtisadiyyat İn-tunda İqtisad elimləri namizədi və doktoru alimlik dərəcəsi üzrə ixtisaslaşdırılmış şuranın sədri (1976-88) olmuşdur. Elmi kadrlar hazırlanmasında xidməti var. Keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına layiq görülmüşdür. II dərəcəli Vətən müharibəsi ordeni, digər orden və medallarla təltif edilmişdir.

Hadisələr
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
11.10.2018

Ərzaq təhlükəsizliyi davamlı inkişafın mühüm amili kimi

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır