AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

Nadirov Asəf Abbasqulu oğlu

Nadirov Asəf Abbasqulu oğlu – (doğulub 13.03.1930 Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilabad kəndi), görkəmli Azərbaycanı iqtisadçısı, AMEA-nın akademiki (1989). 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinə daxil olmuşdur. 1951-ci ildə Universiteti əla qiymətlərlə bitirmişdir. Asəf Nadirov 1952-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun aspiranturasına daxil olmuş və 1956-cı ildə SSRİ EA Coğrafiya İnstitutunda “Naxçıvan MSSR: İqtisadi-coğrafi səciyyəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, 26 yaşında elmlər namizədi alimlik dərəcəsi almışdır. A.A.Nadirov keçmiş İttifaq məkanında, xüsusilə Azərbaycanda iqtisad elminin aktual nəzəri-metodoloji və təcrübi problemlərinin tədqiqinə həsr olunmuş 800-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, kitab və kitabçanın müəllifidir.

50-ci illərin axırları və 60-cı illərdə apardığı gərgin elmi-tədqiqat işlərinin nəticəsi olaraq A.A.Nadirov 1968-ci ildə “Azərbaycanda sənayenin səmərəli yerləşdirilməsinin iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 0,1958-1992-ci illərdə (34 il) Azərbaycan EA İqtisadiyyat İnstitutunda şöbə müdiri, eyni zamanda 1964-1981 -ci illərdə həmin İnstitutda elmi hissə üzrə direktor müavini, 1981-ci ildən 1990-cı ilədək Azərbaycan EA Rəyasət Heyətində baş elmi katib, 1990-1998-ci illərdə Akademiyanın akademik-katibi vəzifələrində işləməklə böyük elmi təşkilatçılıq qabiliyyətinə malik olduğunu sübut etmişdir. Bütün bunlarla yanaşı, A.A.Nadirov uzun illər bir sıra məsul vəzifələri ictimai əsaslarla icra etmiş və indi də edir. O, iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün Azərbaycan EA İqtisadiyyat İnstitutu nəzdində yaradılmış, vaxtilə respublikada yeganə ixtisaslaşmış müdafiə şurasının 1980-1989-cu illərdə sədr müavini, 1990-1998-ci illərdə isə sədri olmuşdur.

Bütün bu vəzifələrdə işlədərkən A.A.Nadirov geniş ictimai-siyasi və təşkilati iş aparmış, elmin inkişafında, elmi kadrların seçilməsi və hazırlanmasında, dissertasiyaların obyektiv müzakirəsi və müdafiəsinin keçirilməsində müstəsna rol oynamışdır. Akademik A. A. Nadirovun bilavasitə rəhbərliyi ilə 32 elmlər namizədi və 2 elmlər doktoru hazırlanmışdır. Hazırda o, 5 aspiranta müvəffəqiyyətlə rəhbərlik edir. A.A.Nadirov 1966-1981-ci illərdə “Azərbaycan SSR Elmlər Akademiyası Xəbərləri “İqtisadiyyat” seriyasının baş redaktor müavini, 1981-ci ildən yaxın dövrlərə qədər həmin jumalın baş redaktoru vəzifəsində işləyir.

Asəf Nadirov uzun illər həm keçmiş İttifaq respublikalarında, həm də bir çox xarici ölkələrdə (Fransa, Hindistan, Türkiyə, İran, Almaniya, Yunanıstan, Macarıstan, Belçika və s.) keçirilən beynəlxalq simpozium və elmi konfranslarda Azərbaycan iqtisad elmini layiqincə təmsil etmişdir. Bundan başqa o, Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq, regional və respublika elmi forum, simpozium və konfranslarının əsas təşkilatçılarından biri kimi əsas məruzələrlə çıxış etmişdir.

A.Nadirovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir çox orden və medallara, fəxri fərmanlara layiq görülmüşdür.

 

Prezident İlham Əliyevin

SƏRƏNCAMI

Azərbaycanda iqtisad elminin inkişafında böyük xidmətlərinə görə iqtisadi elmlər doktoru, professor Asəf Abbas-Qulu oğlu Nadirov “Şərəf” ordeni ilə təltif edilib. O, 400-ə yaxın elmi əsərin, eyni zamanda xaricdə nəşr edilmiş 21-ə yaxın elmi əsərin müəllifidir. 

Qeyd edək ki, A.Nadirov Azərbaycan iqtisadiyyatının hərtərəfli kompleks inkişafının zəruriliyinin əsaslandırılması, onun gerçəkləşdirilməsinin böyük imkanlarının düzgün qiymətləndirilməsi, məhsuldar qüvvələrin ölkədə yüksək artımının əsas istiqamətlərinin müəyyən edilməsi, ölkənin iqtisadi inkişafı ilə onun mükəmməl və təkmil ərazi nisbətlərinin təşəkkülünün qarşılıqlı əlaqəsinin müəyyən edilməsi, iqtisadiyyatın inkişafının, o cümlədən onun ərazi üzrə səmərəli yerləşdirilməsinin nəzəri və metodoloji problemləri, iqtisadiyyatın bütün aparıcı sahələrinin və regionlarda istehsalın inkişafı sahəsində dərin tədqiqatlar aparır.
 
14 Mart 2009
Azərbaycan Respublikasının prezident
İlham Əliyev 

 

 

Hadisələr
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
11.10.2018

Ərzaq təhlükəsizliyi davamlı inkişafın mühüm amili kimi

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır