AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

Ələsgərov Ağasəlim Kərim oğlu

Ələsgərov Ağasəlim Kərim oğlu – (doğulub 1928-ci il Bakı şəhəri), tanınmış Azərbaycan iqtisadçısı, AMEA-nın müxbir üzvü (1989). A.K.Ələsgərov 1928-ci ildə fəhlə ailəsində anadan olmuşdur. 1946-cı ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1950-ci ildə oranı müvəffəqiyyətlə bitirərək, kənd təsərrüfatının iqtisadiyyatı üzrə ixtisasa yiyələnmişdir. 1958-ci ildə A.K.Ələsgərov ilk dəfə SSRİ-də “Pambığın maya dəyəri və onun aşağı salınması yolları” (kolxozların timsalında) mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdaviə edir və ona iqtisad elmləri namizədi alimlik dərəcəsi verilir. 1968-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Kənd təsərrüfatının ixtisaslaşması və onun iqtisadi effektliyi” mövzusunda dissertasiya müdafiə edir. 1969-cu ildə professor elmi adına layiq görülür. 1981-ci ildə AMEA-nın İqtisadiyyat institutunun direktor müavini vəzifəsinə irəli çəkilir. 1989-cu ildən 1998-ci ilədək həmin institutun direktoru, “Xarici ölkələrlə iqtisadi əlaqələr” şöbəsinə rəhbərlik edərək intensiv elmi-tədqiqat işlərini davam etdirir.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, o, direktiv orqanların təklifi ilə 1974-1978-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda elmi işlər üzrə prorektor və “Siyasi iqtisad” kafedrasının müdiri vəzifələrində işləyərək, institutda elmi-tədqiqat işlərinin təşkili və yüksək ixtisaslı kadrların – ali təhsilli iqtisadçıların, elmlər namizədləri və elmlər doktorlarının hazrlanması ilə məşğul olur. Azərbaycan Milli EA-nın müxbir üzvü A.K.Ələsgərovun əsərləri elmi ictimaiyyətə yaxşı tanışdır, onlar ABŞ, İngiltərə, Almaniya, Çexiya, Slovakiya, İran və digər ölkələrin nəşriyyatlarında çap olunmuşdur.

A.K.Ələsgərovun elmi rəhbərliyi ilə onlarla namizədlik və 2 doktorluq dissertasiyası müdaviə etmişdir. Hazırda namizədlik işi üzərində çalışan 3 asprantın elmi rəhbəridir. Keçən dövr ərzində 16 doktorluq və 43 namizədlik dissertasiyasının müdafiəsi ilə əlaqədar respublika və digər MDB ölkələrində rəsmi opponent olmuşdur. A.K.Ələsgərov Moskva, Sankt Peterburq, Aşqabad, Tbilisi, Daşkənd, Bişkek, Minsk, Bakı şəhərində keçirilən Ümumittifaq konfrans və sessiyaların fəal iştirakçısı olmuşdur. Bundan başqa, o, Almaniyv, Bolqarıstan, Çexoslavakiya, Macarıstan, Türkiyə, İran və digər ölkələrdə keçirilən beynəlxalq elm forumlarda məruzələr və çıxışlar etmişdir.

Hadisələr
16.07.2020

Qlobal pandemik çağırışlar və davamlı inkişaf

daha ətraflı...
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır