AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

Əliyev Aqil Əlirza oğlu

Əliyev Aqil Əlirza oğlu – (doğulub 10.12.1926-ci ildə Naxçıvan şəhəri – vəfat edib 2001-ci ildə), görkəmli Azərbaycan iqtisadçısı, AMEA-nın müxbir üzvü (2001). Aqil Əlirza oğlu Əliyev orta məktəbi Naxçıvan şəhərində bitirdikdən sonra 1946-cı ildə Bakı Dövlət Uinversitetinə daxil olmuş və 1951-ci ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1951-ci ildə oranı bitirmişdir. Sonra 1953-cü ilə qədər Azərbaycan SSR EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. İqtisad elminə böyük marağı olduğundan 1953-cü ilin may ayından Azərbaycan Tibb İnstitutunun “Siyasi iqtisad” kafedrasında işləməyə başlamışdır. 1970-ci ildə iqtisad elmləri namizədi, 1973-cü ildə dosent, 1979-cu ildə professor elmi adlarına layiq görülmüşdür, 1983-cü ildən iqtisad elmləri doktorudur.

Professor A.Ə.Əliyev yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında xidmətlərinə görə 1982-ci ildə Əməkdan elm xadimi fəxri adına layiq görülmüş, bir neçə orden və medallarla, “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.

A.Ə.Əliyevin rəhbərliyi altında bu illər ərzində kafedrada görülən işlər sayəsində böyük inkişafın təməli qoyulmuşdur. ATU-nun “Siyasi iqtisad” kafedrası uzun illər “Ən yaxşı kafedra” fəxri adına layiq görülmüş, kollektivin əsl nümunə məktəbinə çevrilmişdir. Aqil Əliyev keçmiş SSRİ məkanında, o cümlədən respublikamızda səhiyyənin iqtisadiyyatı problemləri ilə məşğul olan ilk iqtisadçı alimlərdəndir.

Professor A.Ə.Əliyev 50 ilə yaxındır ki, elmi-pedaqoji sahədə fasiləsiz olaraq fəaliyyət göstərmişdir. O, 130-dan artıq elmi əsərin, o cümlədən 19 monoqrafiya və kitabın müəllifidir. Onun bir sıra əsərləri Moskvada, Sankt Peterburqda və digər xarici ölkələrdə çap olunmuşdur. O, Azərbaycanda ilk dəfə tətqiq olunan “Şəxsi istehlakın iqtisadiyyatı”, “Tibbin iqtisadiyyatı”, “Xalq istehlakı”, “Aqrar iqtisadiyyatın aktual problemləri” və sair sanballı monoqrafiyaların müəllifidir.

Alimin əsas elmi istiqamətlərindən birini maddi-texniki bazasının, kənd əhalisinin həyat tərzinin yüksəldilməsi, səhiyyənin iqtisadi problemləri təşkil edir. Yalnız bazar iqtisadiyyatına keçid şəraitində professor A.Ə.Əliyevin 32 elmi əsəri çap olunmuşdur. O, beynəlxalq və respublika konfranslarında, simpoziumlarda, seminarlarda məruzələrlə çıxış etmişdir.

Hadisələr
16.07.2020

Qlobal pandemik çağırışlar və davamlı inkişaf

daha ətraflı...
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır