AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

Məmmədov Aydin İsrafil oğlu

Məmmədov Aydin İsrafil oğlu – (doğulub 1941-ci il Goranboy rayonunun Dəlmmədli kəndi, - vəfat edib 2001), tanınmış Azərbaycan iqtisadçısı, AMEA-nın müxbir üzvü (2001).

1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (AKTİ) kənd təsərrüfatının iqtisadiyyatı fakültəsinə daxil olmuşdur. A.Məmmədov 1965-ci ildə AKTİ-ni fərqlənmə diplomu ilə bitirib, kafedrada assistent işləmiş və 1967-ci ildə istehsalatdan ayrılmaqla K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının aspiranturasına qəbul olunmuşdur. Nəzərdə tutulan müddətdə (1970-ci il) aspiranturanı bitirən A.Məmmədov “Azərbaycan SSR-də pambığın məhsuldarlığının iqtisadi - statistik təhlili və uzunmüddətli proqnozlaşdırılması” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlikdərəcəsi almışdır.

0,1985-ci ildə AKTİ-nin kənd təsərrüfatının iqtisadiyyatı kafedrasının müdiri kimi 15 ilə yaxın apardığı tədqiqat işini ümumiləşdirərək “Regional aqrar-sənaye komplekslərində qarşılıqlı iqtisadi əlaqələrin təkmilləşdirilməsi” (Azərbaycan SSR-in materialları əsasında) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, iqtisad elmləri doktoru alimlik dərəcəsi almış, 1986-cı ildə professor elmi adına layiq görülmüşdür. Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının müxbir üzvü (1991-ci il), AKTİ-nin Kənd Təsərrüfatının iqtisadiyyatı kafedrasının müdiri, fakültə dekanı, Azərbaycan Respublikasının Milli Məclisinin eksperti Aydın İsrafil oğlu Məmmədov aqrar-sənaye kompleksinin iqtisadiyyatı və idarə edilməsinin nəzəri və metodoloji istiqamətində yerinə yetirdiyi geniş əhatəli və dəyərli tədqiqat işləri ilə ölkəmizdə və onun hüdudlarından kənarda da aparıcı iqtisadçı alim kimi tanınır.

A.İ.Məmmədov 150 çap vərəqi həcmində 100-dək elmi və elmi-metodik əsərlərin müəllifi olmuşdur. A.İ.Məmmədov Milli Məclisin Aqrar məsələlər üzrə daimi komissiyasında ekspert-işçi qrupunun rəhbəri olmuşdur. A.İ.Məmmədovun rəhbərlik etdiyi ekspert-işçi qrupu “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və digər qanun layihələrinin ilkin variantlarının hazırlanmasında iştirak etmişdir.

Onun bilavasitə rəhbərliyi altında 10 nəfər elmi işçi namizədlik dissertasiyası müdafiə etmişdir. Ölkə səviyyəsində aqrar sahənin problemlərinə həsr olunan müşavirələrin əksəriyyətinin iştirakçısı olan A. İ. Məmmədov bir çox xarici dövlətlərdə də aqrar iqtisad elmini layiqincə təmsil etmişdir (AFR, Böyük Britaniya, İran, Rumıniyavəs.)

Hadisələr
16.07.2020

Qlobal pandemik çağırışlar və davamlı inkişaf

daha ətraflı...
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır