AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

Hadisələr
26.01.2011
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri akademik Ziyad Səmədzadə Belarus Respublikasının Fransisk Skorina medalı ilə təltif edilmişdir.
Medal Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində, Azərbaycan-Belarus Dostluq Cəmiyyətinin növbəti iclasında təqdim edilmişdir.
Azərbaycan-Belarus Dostluq Cəmiyyətinin sədri akademik Arif Mehdiyev bir il bundan əvvəl yaradılmış cəmiyyətin işi barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, dost Belarus ilə Azərbaycanın əlaqələri yüksələn xətt üzrə inkişaf edir.
Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç akademik Ziyad Səmədzadənin iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Fransisk Skorina medalı ilə təltif edilməsi haqqında Prezident Aleksandr Lukaşenkonun Fərmanını oxumuşdur.
Fransisk Skorina XVI əsrin birinci yarısında yaşayıb yaratmış humanist alim-həkim, yazıçı, tərcüməçi, rəssam, maarifçi, Şərq slavyanlarının ilk çapçısı olmuşdur.
F.Skorinanın həyat və yaradıcılığını Belarusda skorinaşünaslıq adlanan kompleks elmi fənn tədqiq edir. Onun tərcümeyi-halını məktəblərdə öyrənirlər. Minsk, Polotsk, Vitebsk, Nesvije, Orşa, Slutsk və Belarusun bir sıra başqa şəhərlərində onun adını daşıyan küçələr vardır. Qomel Dövlət Universitetinə də F.Skorinanın adı verilmişdir. Polotsk, Minsk, Lida, Vilnüs şəhərlərində bu görkəmli alimə abidələr ucaldılmışdır. Belə abidələrdən sonuncusu lap yaxın vaxtlarda Belarus paytaxtında yeni Milli Kitabxananın qarşısında qoyulmuşdur.
Şəhərdə ilk çapçının xatirəsinə həsr edilmiş tədbirlər xüsusi plan üzrə keçirilir. Belarusda xüsusi təltiflər- Skorina medalı (1989) və Skorina ordeni (1995) təsis edilmişdir.
Tədbirdə Milli Məclisin deputatları, elmi işçilər, KİV nümayəndələri iştirak etmişlər.
Hadisələr
16.07.2020

Qlobal pandemik çağırışlar və davamlı inkişaf

daha ətraflı...
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır