AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

Hadisələr
17.03.2011
Bakıda Nikolay Baybakovun 100 illik yubileyi qeyd edilmişdir

Martın 16-da “Gülüstan” sarayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Təhsil, Sənaye və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə məşhur neftçi, dövlət xadimi, alim Nikolay Baybakovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev tanınmış ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Nikolay Baybakovun Azərbaycanda xatirəsinin əbədiləşdirilməsi ilə bağlı martın 2-də Sərəncam imzalamışdır. Qeyd edilmişdir ki, Bakının Sabunçu qəsəbəsində anadan olmuş N.Baybakov Azərbaycanda neft sənayesinin inkişafında böyük xidmətləri olan şəxsdir. O, uzun illər keçmiş SSRİ-də yüksək vəzifələrdə çalışmış, amma heç vaxt ona doğma olan Azərbaycanı unutmamış, hər zaman onu dəstəkləmişdir.
Sonra çıxış edən ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə qeyd etmişdir ki, N.Baybakovun ümumilikdə keçmiş sovetlər ittifaqının neft sənayesinin təkmilləşdirilməsində böyük rolu olmuşdur. Görkəmli neftçinin həyat yolundan danışan akademik bildirmişdir ki, N.Baybakov 1941-1945-ci illər müharibəsində Bakıda neft hasilatının xeyli artırılmasında yaxından iştirak etmiş, Azərbaycanın SSRİ-nin bu müharibədə qələbə qazanmasında rolunu dəfələrlə artırmışdır. N.Baybakov 1999-cu ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “Şöhrət”, 2006-cı ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə “İstiqlal” ordenləri ilə təltif olunmuşdur. X.Yusifzadə ümummilli lider Heydər Əliyevin Nikolay Baybakovla dostluğu haqqında da danışmışdır.
Tədbirdə Azərbaycan-Rusiya Dostluq Cəmiyyətinin vitse-prezidenti Aleksandr Saveliç bu cəmiyyətin məhz N.Baybakov tərəfindən yaradıldığını qeyd etmiş və onun iki ölkə arasında münasibətlərin daim yüksək səviyyədə olmasına çalışdığını vurğulamışdır.
Yubiley mərasimində, həmçinin Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Rusiya hökumətinin nümayəndəsi Oleq Qroxin, N.Baybakov adına Fondun Azərbaycan nümayəndəliyinin baş direktoru Pərviz Əbdüləzizov, Fondun prezidenti, N.Baybakovun nəvəsi Mariya Baybakova görkəmli neftçi haqqında xatirələrini bölüşmüşlər.
Sonda N.Baybakova həsr edilmiş film nümayiş olunmuşdur.
Hadisələr
16.07.2020

Qlobal pandemik çağırışlar və davamlı inkişaf

daha ətraflı...
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır