AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

Hadisələr
01.04.2011

UĞUR həmişə sizinlə olsun

UĞUR milli mükafatının növbəti təqdimat mərasimi 2011-ci il martın 18-də Buta Palace sarayında keçirildi.  Mükafatın  laureatları  arasında ictimai xadimlər, həmçinin dövlət təşkilatları və özəl şirkətlər yer almışdı.  

Böyük təntənə və yüksək zövqlə təşkil olunmuş təqdimat mərasimində "UĞUR-2010" mükafatı təşkilat komitəsinin sədri İbrahim Baharov  çıxış  edərək laureatlara  təbriklərini çatdırdı və dedi: "Bu mükafata, öz sektorunun flaqmanları olan və ölkəmizin inkişafına öz dəyərli töhfəsini vermiş təşkilatlar, şirkətlər, görkəmli şəxsiyyətlər layiq görülüb. Bizim laureatlarımız, Azərbaycanda ölkənin gələcəkdə də müxtəlif istiqamətdə inkişaf etməsi üçün böyük potensialın olduğunu bir daha nümayiş etdiriblər. Yeni müəssisələrin, iş yerlərinin açılması, özəl sektorun, istehsalın inkişafı, ümumi daxili məhsulun məqsədli artımı – Azərbaycan iqtisadiyyatının inkişafının əsas xüsusiyyətlərindən birinə çevrilmişdir. İqtisadiyyat və biznes sahəsi üzrə UĞUR Milli mükafatın laureatlarının Prezidentin iqtisadi siyasətinin dəstəklənməsinə və milli iqtisadiyyatın inkişafına yönəlməsinə, dövlət biznesinin dünyaya inteqrasiyasına qulluq edir. ”

Qeyd edək ki, UĞUR Milli Mükafatı Azərbaycanda milli iqtisadiyyatın möhkəmlənməsində və inkişafında, investisiyaların cəlb olunmasında, dünya standartlarının tətbiqində, yeni iş yerlərinin yaradılmasında iştirakına görə biznesmenlərə, ictimai və dövlət xadimlərinə  iqtisadiyyat və biznes sahəsində verilən ilk mükafatdır. Azərbaycanda iqtisadiyyat və biznes sahəsində əldə olunan nailiyyətlərə görə "UĞUR" - ilk Milli Mükafatın təsis olunması məhz bu səbəbdən də ölkənin iş adamları tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Laureatlar arasında dövlət təşkilatlarından Turizmin inkişafına verdiyi töhfəyə görə Nominasiyasına nazir Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət və Turizm Nazirliyi layiq görülmüşdür.

Qurum mədəniyyət, incəsənət, turizm, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat, kinematoqrafiya sahələrində dövlət siyasətini tənzimləyən mərkəzi icra hakimiyyəti orqanı olaraq, çoxtərəfli əməkdaşlıq çərçivəsində beynəlxalq qurumlar vasitəsi ilə Azərbaycan mədəniyyətini və turizmini dünyada təbliğ edir, eyni zamanda dünya mədəni sərvətlərinin  ölkəmizdə tanıdılması sahəsində əhəmiyyətli proqramlar həyata keçirir.

2011-ci ilin respublikada cənab Prezidentin 15 fevral 2011-ci il tarixli Sərəncamı ilə «Turizm ili» elan edilməsi ölkəmizin turizm potensialının təbliği, müasir turizm infrastrukturunun yaradılması, turizm xidmətlərinin keyfiyyətinin artırılması, turizm sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Mədəniyyət və Turizm Nazirliyi gələcəkdə də ölkəmizin turizm potensialının daha geniş miqyasda təbliğat-təşviqatı işini davam etdirəcəkdir. 

******

Gənclər və idman siyasətinin həyata keçirilməsində qazanılan nailiyyətlərə görə Gənclər və İdman Nazirliyi də UĞUR – 2010 mükafatına layiq görülmüşdür.

Ölkədə gənclər və idman siyasətinin həyata keçirilməsi üçün əsas cavabdeh qurum olan Gənclər və İdman Nazirliyi 26 iyul 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmışdır.

2011-ci ildə Azərbaycan  gənclərinin VI Forumu, 15-ə yaxın yeni ölkələrlə gənclərin mübadilə proqramları, müstəqilliyimizin 20-ci ildönümü münasibəti ilə tədbirlərin keçirilməsi, xaricdə yaşayan azərbaycanlı gənclərlə işin gücləndirilməsi nəzərdə tutulmuşdur.

******

İqtisadi qanunvericiliyin inkişafına verdiyi töhfəyə görə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Akademik Ziyad Səmədzadə “Uğur – 2010”-nun laureatları sırasındadır.

2010-cu il Ziyad Səmədzadə üçün  həm elmi, həm də qanunvericilik fəaliyyəti baxımından çox uğurlu il olmuşdur. O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə görə «Şöhrət» ordeni və Belarus prezidenti A.Lukaşenkonun fərmanı ilə «Fransisk Skorina» medalı ilə təltif edilmişdir. AMEA Rəyasət Heyətində alimin 70 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilmiş, «Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Milli inkişaf modelinin formalaşması problemləri» respublika elmi-praktiki konfransının materialları və «Çin qlobal dünya iqtisadiyyatında»  rus və Azərbaycan dillərində kitabı çapdan çıxmışdır. Sonuncu kitaba Azərbaycan, Rusiya, Belarus və Çinin görkəmli alimləri və mütəxəssisləri yüksək rəy vermişlər. Ziyad Səmədzadə müxtəlif beynəlxalq konfrans və simpoziumların işində iştirak etmiş və məruzələrlə çıxış etmişdir.

Ziyad Səmədzadə hal-hazırda «Böyük İqtisadi Ensiklopediya»nın, Azərbaycan iqtisadiyyatı Böyük Vətən  Müharibəsi  dövründə» kitabının, «Böyük yolun mərhələləri» kitabının 2-ci cildinin nəşrə hazırlanması və Azərbaycanda innovasiyalı iqtisadiyyatın qurulması ilə bağlı qanunvericiliyə dair təkliflərin hazırlanması üzərində çalışır. 

Ziyad müəllimi laureatlar arasında görmək bizim üçün xüsusilə sevindiricidir. “Bu günə qədər bir çox ölkə və eləcə də beynəlxalq miqyasda aldığım mükafatlar, təltiflər az olmayıb. Lakin səmimi etiraf edirəm ki,  UĞUR milli mükafatına layiq görülənlər arasında olmaqdan böyük şərəf duyuram və bu mənə dövlətimizin inkişafı yolunda gələcək fəaliyyətimdə daha böyük əzmlə çalışmağa ilham verir”, - deyə o, təəssüratlarını bizimlə bölüşdü. 

Biz «İqtisadiyyat» qəzetinin redaksiyası adından Ziyad müəllimi növbəti uğuru münasibətilə  təbrik edir, ona yeni  uğurlar arzulayırıq.

UĞUR Mükafatına layiq görülən  respublikada və eləcə də onun hüdudlarından kənarda tanınmış nüfuzlu şirkətlərdən

– İlin ixtirası  nominasiyasına görə Mətanət A şirkəti;

– Əczaçılığın inkişafına verdiyi töhfəyə görə AvroMed şirkəti;

 – Alternativ enerji istehsalı texnologiyaları sahəsində qazanılan nailiyyətlərə görə

Kaspian Texnoloji şirkəti;

– İKT-nin inkişafında mühüm yer tutan Azercell və Bakcell şirkətləri;

Telekommunikasiya sektorunda biznesin uğurlu inkişaf strategiyasına görə, İnternet radiosunun inkişafına verdiyi töhfəyə görə  Day.Az Radio bu mükafata layiq görülmüşlər.

Respublikanın bank-sığorta sisteminin inkişafında göstərdiyi xidmətlər baxımından Plastik kartlar sahəsində texnologiyaların tətbiqinə verdiyi  töhfələrə görə AtaBank kommersiya bankı və Beynəlxalq sığorta təcrübəsinin Azərbaycan bazarında tətbiqi sahəsində qazandığı nailiyyətlərə  görə AXA MBASK  Sığorta Şirkəti Uğur – 2010 mükafatının laureatları elan edilmişlər.

Milli dəyərlərin qorunmasına verdiyi töhfəyə və unikal koloritə görə Dənizkənarı Bulvar İdarəsi;

Milli brend kimi Gazelli İnternational Ltd şirkətinin  fəaliyyəti  yüksək qiymətləndirilmişdir.

Laureatlar arasında Təhsilin inkişafına verdiyi töhfəyə görə Çağ Öyrətim İşlətmələrinin də adı var. 



UĞUR Mükafatı 2000-ci ildə Consulting&Business jurnalı tərəfindən təsis olunub.  Fəaliyyətində fərqlənən iş adamlarının, uğur qazanan şirkətlərin layiqincə qiymətləndirilməsi və tanıdılması kimi şərəfli missiyanı öz üzərinə götürən Consulting&Business jurnalı  artıq 10 ildir ki, bu işi  davam etdirir. Azərbaycanda iqtisadiyyat və biznes sahəsində bu nüfuzlu mükafatın hər il təqdim olunması sahibkarlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyası üçün stimul yaradır.

Consulting&Business jurnalı 1996-cı ildən etibarən nəşr olunur və iqtisadiyyat, hüquq və ölkədə özəl sahibkarlığın inkişafı ilə əlaqədar məsələləri işıqlandırır, azərbaycanlı iqtisadçılar, siyasətçilər, menecerlər və iş adamları tərəfindən aparıcı işgüzar nəşr qismində tanınıb. Consulting&Business işgüzar informasiya-analitik jurnalı  olaraq, Azərbaycanın işçi dairələrinə öz məlumat strategiyasıyla dəstək verir. Bu dəstək ölkənin biznes elitası tərəfindən öz layiqli qiymətini alıb, azərbaycanlı və ölkəmizdə fəaliyyət göstərən əcnəbi iş adamları Consulting&Business jurnalını haqlı olaraq öz nəşrləri hesab edirlər.



Biz də qəzetimiz adından UĞUR Mükafatının təsisçisi olan Consulting&Business jurnalının rəhbərliyinə öz minnətdarlığımızı bildirir, bütün laureatları təbrik edir, onlara növbəti uğurlara imza atmağı arzulayırıq.
 
“İQTİSADİYYAT”

 

 

 

Hadisələr
16.07.2020

Qlobal pandemik çağırışlar və davamlı inkişaf

daha ətraflı...
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır