AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

Hadisələr
29.09.2011
Azərbaycanın müstəqillik qazanmasından keçən 20 ildə əhalinin sosial müdafiəsi dövlət siyasətinin ən vacib prioritetlərindən olmuşdur
 
Gəncə, 28 sentyabr (AzərTAc). Gəncə Şəhər İcra Hakimiyyəti, Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Dövlət Aqrar Universiteti sentyabrın 28-də Gəncədə “Müstəqil Azərbaycan Respublikasının sığorta-pensiya siyasəti” mövzusunda elmi-praktiki konfrans keçirmişlər.
Konfransdan əvvəl Dövlət Sosial Müdafiə Fondu Hizami rayon şöbəsi üçün inşa edilmiş ikimərtəbəli inzibati binanın açılışı olmuşdur.
Açılış mərasimində bildirilmişdir ki, 20 min 700 nəfər pensiyaçıya, 45 min nəfərdən çox sosial sığorta istifadəçisinə xidmət göstərən şöbə üçün istifadəyə verilən yeni inzibati binada ən müasir avadanlıq quraşdırılmışdır. Bu da əhaliyə sürətli, avtomatlaşdırılmış xidmət göstərməyə imkan verəcəkdir. Qurulmuş şəbəkə sistemi vasitəsilə hər bir sıforta ödəyicisi istənilən vaxt DSMF-nin saytına daxil olmaqla hesaba topladığı vəsaiti müəyyənləşdirməklə, pensiya yaşı çatanda və digər səbəbdən təqaüdə çıxarkən alacağı pensiya məbləğini hesablamaq imkanı əldə edə biləcəkdir.
Sonra mərasim iştirakçıları yeni binada yaradılmış şəraitlə tanış olmuşlar.
Azərbaycan Dövlət Aqrar Universitetinin iclas salonunda keçirilən elmi-praktiki konfransı giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycanın dövlət müstəqilliyi qazandıqdan sonra ötən 20 il ərzində əldə etdiyi uğurlardan danışmış, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra müzakirə olunan mövzu ətrafında məruzələr dinlənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun sədri, iqtisad elmləri doktoru Səlim Müslümov “Azərbaycan sığorta-pensiya sistemi müstəqilliyimizin mühüm nailiyyətlərindən biridir”, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor Mirdamət Sadıqov “Azərbaycanda sosial müdafiə sisteminin regional aspektləri”, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə “Azərbaycan iqtisadiyyatında əldə olunan nailiyyətlər müstəqilliyimizin qarantıdır” mövzularında məruzələrlə çıxış edərək əhalinin sosial müdafiəsi istiqamətində görülmüş işləri faktlarla təhlil etmişlər.
Konfransda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Hadisələr
16.07.2020

Qlobal pandemik çağırışlar və davamlı inkişaf

daha ətraflı...
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır