AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

Hadisələr
20.11.2012
Oktyabrın 23-də Azərbaycan Respublikası Milli Məclisinin və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) birgə təşkilatçılığı ilə “Nəzəriyyə və reallıqlar: dünya təcrübəsi və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəblinin “Azərbaycan Respublikasının sosial müdafiə sistemi” adlı kitabının təqdimatı da olmuşdur.
DSMF-nin sədri Səlim Müslümov mövzu ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşmüş, ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyev siyasətinin əhəmiyyətindən danışmışdır. O, ulu öndər Heydər Əliyevin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin dinamik inkişaf etdiyini bildirmişdir.
Azərbaycanın pensiya sistemi, bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verən S.Müslümov qeyd etmişdir ki, fondun əsas fəaliyyət istiqamətindən biri-pensiyaların ödənişi tam avtomatlaşdırılmışdır. Pensiyaların maliyyələşdirilməsi üçün əsas vəsait mənbəyi olan sosial sığorta haqlarının toplanması prosesinin avtomatlaşdırılması işi də sürətlə gedir.
H.Rəcəbli çıxış edərək ölkəmizdə sosial siyasət ilə bağlı həyata keçirilən islahatlar barədə ətraflı məlumat vermişdir. Vurğulanmışdır ki, bu istiqamətdə görülən işlər nəticəsində Azərbaycan dünyada nümunəvi bir ölkəyə çevrilmişdir.
Yeni çapdan çıxmış kitabı haqqında tədbir iştirakçılarına məlumat verən komitə sədri qeyd etmişdir ki, nəşrdə əhalinin sosial müdafiəsinin elmi-nəzəri aspektləri, sosial siyasətin xüsusiyyətləri və prioritetləri, subyektləri və obyektləri, sosial müdafiəyə ehtiyacı olan bəzi əhali kateqoriyalarının problemləri, əmək və məşğulluq, ailə, qadın, uşaq və gənclər məsələləri, sosial sığorta və əmək pensiyaları, sosial müavinətlərin verilməsi və ünvanlı dövlət sosial yardımının təşkili, müasir şəraitdə sosial işin səciyyəvi xüsusiyyətləri, əhalinin sağlamlığının qorunması məsələləri öz əksini tapmışdır. Dərs vəsaiti olan bu kitab ali məktəblərin tələbələri, magistrantlar və doktorantlar, eləcə də sosial müdafiə sisteminin əməkdaşları, bu sahənin müxtəlif proqramları ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. Kitabın elmi redaktoru DSMF-nin sədri S.Müslümovdur.
Çıxış edən Milli Məclisin deputatları Ziyad Səmədzadə, Vahid Əhmədov, Hüseynbala Mirələmov, Musa Quliyev və başqaları tədbirin əhəmiyyətini vurğulamış, kitabın gənclərimiz üçün dəyərli mənbə olacağını diqqətə çatdırmışlar.
Hadisələr
16.07.2020

Qlobal pandemik çağırışlar və davamlı inkişaf

daha ətraflı...
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır