AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

Hadisələr
04.02.2013

Azərbaycan Auditorlar Palatası və İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odası arasında əməkdaşlığa dair saziş imzalanmışdır

Yanvarın 22-də Azərbaycan Universitetində Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası, İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odasının birgə təşkilatçılığı ilə “Müasir şəraitdə auditin qarşısında duran problemlər və onun inkişaf konsepsiyası” mövzusunda “dəyirmi masa” təşkil olunmuşdur.

AzərTAc xəbər verir ki, tədbirin məqsədi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş “Beynəlxalq təcrübə nəzərə alınmaqla auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər)” layihəsinin hazırlanmasına dair müzakirələrin aparılması və müvafiq tövsiyələr hazırlanmasıdır.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Auditorlar Palatası və İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odası arasında əməkdaşlığa dair saziş imzalanmışdır.

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov ölkəmizdə auditin inkişafı istiqamətində görülmüş işlər, qəbul olunmuş sənədlər haqqında danışmışdır. O, bildirmişdir ki, ölkəmizdə audit sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm işlər görülür. Artıq auditin inkişaf konsepsiyasının hazırlanması üzrə ilkin addımlar atılmışdır. Bu istiqamətdə işçi qrupu yaradılmış və konsepsiyanın hansı bölmələrdən ibarət olması haqqında razılığa gəlinmişdir. 

Vurğulanmışdır ki, iqtisadiyyatda auditin rolu danılmazdır. Lakin bu sahədə bir çox problemlər də mövcuddur. Məlum olduğu kimi, auditin inkişafını bazarda haqlı rəqabət olmadan təsəvvür etmək mümkün deyil. Eyni zamanda, auditə dair qanunvericilik bazası təkmilləşdirilməli, iqtisadiyyatda müstəqil auditin rolu araşdırılmalıdır. Əsas problemlərdən biri isə odur ki, Azərbaycanda auditə maraq hədsiz dərəcədə aşağıdır və məcburi auditdən yayınma halları müşahidə olunur.
Auditin tənzimlənməsi prosesinin təkmilləşdirilməsi, bu sahənin müstəqilliyinin təmin olunması, auditorların peşəkarlıq səviyyələrinin yüksəldilməsi də qarşıda duran vəzifələrdir.

İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odasının sədri Yahya Arıkan auditin qloballaşan dünya iqtisadiyyatında rolundan danışmışdır. Qeyd etmişdir ki, Türkiyədə audit sistemi kifayət qədər təkmilləşdirilmişdir və bu sahədə təcrübə vardır. Türkiyə bu təcrübəni Azərbaycan ilə bölüşməyə hazırdır.
“Dəyirmi masa”da yeni iqtisadi-maliyyə mühitində auditin rolu və onun mövcud problemləri araşdırılmış, auditin təkmilləşdirilməsi istiqamətləri müzakirə olunmuş, müvafiq tövsiyələr hazırlanmışdır.

Tədbir yanvarın 23-dək davam etmişdir.

Hadisələr
16.07.2020

Qlobal pandemik çağırışlar və davamlı inkişaf

daha ətraflı...
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır