AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri
Hadisələr
11.10.2018

Ərzaq təhlükəsizliyi davamlı inkişafın mühüm amili kimi

Elşad Səməzadə,

Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini,

Beynəlxalq Menecment Akademiyasının müxbir üzvü,

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, i.f.d.

 


 Dövləti idarə etmək üçün 3 əsas vasitədən biri ərzaqdır.

Cin filosofu Konfutsi


 

Bu kəlamıdahi mütəfəkkir eramızdan əvvəl VI əsrdə deyib. İnsanlar daim sərvətin mənbəyini axtarır. Fiziokrat məktəbi nümayəndələrinin fikrincə “sərvətin mənbəyi torpaqdır”. Ərzaq təhlükəsizliyi məsələsi 2 elmin kəsişməsində yerləşir: kənd təsərrüfatı iqtisadiyyatı və iqtisadi tənzimləmə. Zənnimizcə, burada vəhdətdə olan və bir-biri ilə mübarizə aparanayrı-ayrı düşüncələr var. Birinci fikir Adam Smitin Mütləq üstünlüklər nəzəriyyəsindən törəyən David RikardonunMüqayisəli üstünlüklər nəzəriyyəsinə əsaslanır. Yəni, nə sərf edirsə onuda istehsal et. Tutaqki,burada üzümüyetişdirmək və ixrac etmək daha sərfəlidir. Taxılı isə idxal etmək faydalıdır. 2-ci fikir isə ərzaq təhlükəsizliyi ilə bağlıdır. Yəni, taxıl strateji məhsul olduğundan ölkənin özünü təmin etmə baxımından öncül olmalıdır və onun ölkədə əkilməsinə ehtiyac var. Fikrimizcə,bu tələblər arasında tarazlıq saxlanılmalıdır.

    Ərzaq təhlükəsizliyi mövzusunu isə 2 hissəyə bölmək olar. Birincisi ərzaq təhlükəsizliyi, ikinci isə ərzağın təhlükəsizliyidir. Yəni birincidə biz ərzaq təhlükəsizliyi deyəndə ərzaq bolluğu, alıcılıq qabiliyyətinə uyğun təklifin formalaşmasını nəzərdə tuturuq. Ola bilər ki ərzaq bol olsun, amma qiymətləri yüksək olsun, bu qənaətbəxş deyil.İkinci məsələ isə ərzağın özünün təhlükəsizliyi, yəni ərzağın keyfiyyətidir.Məqaləməsasən birinci məsələ ilə bağlıdır.

İnsanlar qədimdən ərzaqbolluğu yaratmağa çalışır.Öz sisteminintəhlükəsizliyini təmin etmək üçün əvvəlaekstensiv üsullardan istifadə edir. Yəni, müharibələr törədir və qonşularındakı münbit torpaqları ələ keçirməyə çalışır. İkincisi intensiv üsullardan istifadə edir, yəni suvarma kanalları yaradır, mövcud əkin sahələrinin münbitliyini artırır və s. Eyni zamanda, məhsulları saxlamaq üçün anbarlar yaradır.   Bu cür ehtiyatların yaradılması yaxın keçmişin kəşfi deyil. Misir fironlarının dövründədə taxıl ehtiyatları olub. Quraqlıq vəaclıqolanda həmin dövlət ehtiyatlarındakı taxıl əhaliyə paylanılıb.

Beləliklə, bəşər inkişaf etdikcə ərzaq təhlükəsizliyi məsələri qabarır.İngilis keşişi və iqtisadçısı Tomas Maltusun nəzəriyyəsinə görə əhali artımı qida məhsulları artımını üstələyir. Hətta belə bir müqayisə var idi ki, qidaədədi silsilə ilə, əhali isə həndəsi silsilə ilə artır. Bu kimi təhlükələr pozitiv düşünən insanları bolluq üçün yol tapmaga sövq edib. Hətta görkəmlirus alimi Konstantin Tsiolkovski kosmik mühərriki kəşf edib ki, gələcəkdə Yer kürəsində ərzaq çatışmayacaq  və biz başqa planetlərdən resurs əldə edə bilək.

XXI əsrin əvvəllərində bir mövzu gündəmə gəlib ki, Yer üzündə insanlara ərzaq çatmırvə yalnız seçmə ölkələrdən 1 milyard( qızıl milyard ) insanın yaşamağ haqqı var.

Bu mövqeni şiddətləndirən beynəlxalq institutlarınfikirləri var. Məsələn,Dünya Müşahidə İnstitutunun (World Watch İnstitute ) rəhbəri  amerikan aqrar alimi Lester Braunsoruşur ki, “Qlobal ərzaq böhranı sivilizasiyanın sonuna aparırmı?”Onların fikrincə bizim sivilizasiyadan əvvəl başqaları olub və ərzaq çatmadığından məhv olub.

BMT-nin 17 davamlıinkişaf məqsədlərinin 7-si də məhz ərzaqla bağlıdır. Xatırlayaq ki, BMT-nin davamlı inkişafı 3 sütun üzərində qurulub:iqtisadiyyat, ətraf mühit və sosial həyat.

Siyahıda 2-ci məqsəd aclığa son qoymaq, qida təhlükəsizliyinə nail olmaq, dayanıqlı kənd təsərrüfatı yaratmaq.

6-cı məqsəd: hər kəsi su ilə təmin etmək.

11-ci məqsəd: şəhərlər və digər yaşayış məskənlərini təhlükəsiz vədayanıqlı etmək.

12  mədsəd: dayanıqlı istehlakıinkişaf etdirmək.

13 məqsəd: iqlim dəyişikliyi və onunla mübarizə (kənd təsərrüfatına təsir də nəzərdə tutulur ).

14-ci məqsəd: dayanıqlısu hövzələrini qorumaq.

15-ci məqsəd: torpaqdeqradasiyasının qarşısını almaq.

Ərzaq çatışmamazlığı ilə mübarizədə bir ciddi fikir var.Əhalinin artım tempi və taxil istehsalına dair100 illik təhlilə əsasən görürük ki, taxıl istehsalı əhalinin artım tempini üstələyir. 1900-cü ildə dünyanın əhalisi 1,6 milyard, 2018-cı ildə isə 7,44 milyard olub. Taxıl istehsalı isə təkcə yarım əsr ərzində 631 milyontondan 2 milyardtona qədər çatıb. Yəni taxıl istehsalı əhali artımını üstələyib .

Amma başqa problemlər də var. Əsas məsələkənd təsərrüfatı məhsullarının real qiymətlərində ciddi artımın olmasıdır. Başqa bir təhlilvar. Ərzaq Siyasətinin Tədqidi Beynəlxlq İnstitutunun (IFRPI) təhlinə əsasən 1974-2005-ci illərdə dünyada ərzaqın real qiymətləri 75% azalıb. Amma 2005-2008-ci illərdə isə əksinə 75 faiz artıb. Du da dünya iqtisadi böhranı ilə bağlıdır. Ümumilikdə isə, inkişaf etmiş ölkələrdəproblem yoxdur, amma inkişaf etməkdə olan ölkələrdə problem var. Geridə qalmış ölkələrdə isə problem daha çoxdur ki, bu da özünü rasionda ciddi azalmada biruzə verir. Yəni, karbohidrat istehlakı əsasən normaldır. Amma zülal, yağ, xüsusi ilə mikroelementlər istehlakında çatışmamazlıq var.

Akademik Ziyad Səmədzadənin qeyd etdiyi kimi dünyanın bəzi yerlərində 3000 kalorinin əvəzinə 1200 kaloriistehlak edənlər var.Bəs görəsən bunun səbəbləri nədir? Bu sahədə rus alimi i.e.d. Yevqeniy Kovalövun sistemli fikirləri və digər tədqiqatçılarıntəhlillərinə reallıqlarımız çərçivəsində baxaraq belə ümumiləşdiririk ki, kənd təsərrüfatında qiymət artımının səbəbləri:

1. Neft-qaz sənayəsindəqalxan qiymətlərdir.Çünki kənd təsərrüfatı yüksək enerji tutumlu sahədir. Biz onun enerji istehlakına baxsaq görərik ki, kənd təsərrüfatının enerji istehlakının 34 faizi əkin sahələrinin şumlanmasına yönəlir. Neft-qazdan hazırlanan güblələr enerjinin 28 faizini, suvarma 7%- ni məsrəf edir. Bunlardan əlavə daşınma, neft-qazdan hazırlanan zərərvericiəleyhinə dərmanlar, qurudulmavə sair enerji tələb edir. Bütün bunlar enrejitutumluğa gətirir və neftin, qazın qiyməti qalxan kimi qlobal aqrar xərclər artır.

2. Yanacağın qiyməti artdığı üçün taxıl və digər bitkilərdən alınan alternativ enerji mənbəyi olan bioyanacağın həcmi çoxalıb. 2007- ci ildə təqribən 100 milyon ton taxıl buna sərf olunub. Yəni, istehsal olunumuş 2 milyard ton taxıldan 100 milyon tonu məhz bioyanacağ üçün xammal kimi istifadə olunur. ABŞ və Avropa İttifaqı bioyanacağ istehsalını subsidiyalaşdırır və ondan istifadənin normalarını müəyyən edir. Nəticədə bioyanacağ dünya yanacağ istehlakının 2%-ni verir (2005). Bu da kənd təsərrüfat məhsullarını əsas təyinatından çıxararaq bazarda təklifi azaldır.Amma artıq dünya ictimaiyyəti qəbul edib ki, bu problem yaradacaq.Böyük 8-liyin Xokkaydo görüşündə (6-8 iyul 2008- ci il) bioyanacaq istehsalı üçün tez böyüyən ağacların oduncağı və sair kimi qeyri-ərzaq xammalından istifadə tövsiyyə edilib. Amma bu da tez böyüyən ağacların əkini üçün kənd təsərrüfat torpaqlarının ayrılmasını tələb edir və ərzaq istehsalını məhdudlaşdırır.

3. Qlobal istilik. Müasir dövrdə Yer üzündə temperatur hər il artır və bu ətraf mühitdə ciddi dəyişikliklər yaradır. Eləcə də  su qıtlığı problemi yaradır ki, biz onu ayrıca vurğulayırıq.

4. Artan su qıtlığı məsələsidir, su qıtlığı o qədər problemlidir ki, BMT 2005-2015-ci illəri su onilliyi elan edib. Belə bir qayda var: əkinə yağıntıdan daha çox su verəndəəkin dərinliyi artmalıdır. Yənitoxum, ya başqa əkin materialı torpağ səthindən daha aşağı əkilməlidir.Bu da su resurslarının bərpasını çətinləşdirir. Məsələn, dünyanın əsas taxıl sahələrindən olan Şimali Çin yaylasında qrunt sularının səviyyəsi ildə 3 metr aşağı düşür. Meliorasiya və Su Təsərrüfatı ASC- nin məlumatına əsasən  Azərbaycanda yerüstü su ehtiyatları 32.2 milyard m3-dir və onun da 70%-i ölkəmizdən kənarda formalaşır. Bu ciddi problem daim diqqətdə saxlanılmalıdır.

5. Sənayeləşmə və urbanizasiya, avtomobil sayının coxalması, asfalt- beton örtüyün artmasına görə kənd təsərrüfat təyinatlı torpağlar azalır.Əgər 1950-ci ildə adambaşına düşən taxılaltı əkin sahəsi 2.4 ha idisə, 2007-ci ildə 1.2 ha olub. Bu barədə başqa rəqəmlər də bildirilir. Lakin məsələnin kökü odur ki, kənd təsərrüfat təyinatlı torpaqlar azalır.

6. Ekologiya. Bu amil 2 yerə bölünür:həm torpaqların çirklənməsi və bunun məhsuldarlığın azalmasına təsiri,

həm də əvvəlki dövrdən fərqli olaraq əhalinin pestisidlə qorunmuş ərzağı qəbul etməməsi. Avropa İttifaqında zərərli ərzağa qarşı ciddi etirazlar var. Bu da kənd təsərrüfatındaqeyri- kimyəvi müdafiəyə keçməyi istiqamətləndirir və beləliklə ekoloji tələblərin artırılması aqrar xərcləri də çoxaldır. Amma bu insanlığın faydasınadır.

7. Dövlət və özəl sektorun kənd təsərrüfatı məsullarının iri həcmdə ehtiyatlarını yaratmasıdır.Bu labüd haldır. Azərbaycanda FHN bu işlə məşğuldur.  Bununla yanaşı şirkətlər də var ki, mövsümü olaraqaqrar məhsulları iri həcmdəya öz istehsalı üçün tədarük edir ya da ucuz qiymətlərə alır və baha satır. Nəticədə yenə də kənd təsərrüfatı dövriyyəsindən məhsullar çıxır və bu da qiymətə əlavə təzyiq yaradır.

8. Dövlətlərin əkinə yararlı torpağları konservləşdirilməsi. Biz həmişə eşitmişik ki, Amerika Birləşmiş Ştatları neft yataqlarını konservləşdirir. Lakin konservləşmə başqa sahələrə də aiddir. ABŞ-da 18-20 milyon ha əkinə yararlı torpağ əkin dövriyyəsindən çıxarılıb və bunun müqabilində özəl torpaq sahiblərinə subsidiya verilir. Yəni“torpağı əkməyin, dövlət Sizə pul ödəyəcək” prinsipi işləyir. Avropa İttifaqında da 2008-ci ilədək konservləşdirilmiş torpaqlara görə fermerlərə subsidiya verilirdi.2008-ci ildə böhrandan sonra Avropa bu mexanizmi saxlaya bilmədi və konservləşməni açdı. Bu da qiymət azalmasına kömək oldu.

9. Dünya əhalisinin 1/3 hissəsindən çoxuHind-Çin yarımadasında yaşayır. Bu regionun inkişafı ilə gəlirləryüksəlib. Bu da ət-süd məhsullarının istehlakınıartırıb. Nəticədə yem kimi taxıl istehlakının coxalması baş verib. İri buynuzlu malın 1 kq artması üçün rasiondan aslı olaraq8-18 kq yem tələb olunur. Buda taxıl qiymətinə təzyiqi artırır.

Bəs bizi nə gözləyir?Süni ət?FAO- nun ( BMT-ninƏrzaq və Kənd Təsərrüfatı Təşkilatı)belə bir təklifi var ki, bəşəriyyətin yaşaması üçün nə hərəkət edirsə yeyilməlidir. Deyirlər ki, buinsan üçün faydalı protein mənbəyidir. Amma mən Nəsimi filmində Teymurləngin bir sözünü xatırlayıram: “ Xırda həşəratlar böyük həşəratlardan qorxur.” Biz fikirləşirik ki, xırda həşəratı böyük həşərat yeməlidir. Beləcə qida zənciri bizim üçün ənənəvi qidanı təmin etməlidir.Bakıda Çinlilər var ki, səhər kabab yeyir.

Dünya təcrübəsi, meyllər öyrənilməlidir. İnkişaf etmiş ölkələrdəinnovativ, orqanik (ekoloji) təmiz kənd təsərrüfatı artır. Isveçrədə də bu cürdür. Hollandiyanın təcrübəsi də faydalıdır.

2015-ci ildə Hollandiya 80 milyard avro məbləğində kənd təsərrüfatı məhsulu ixrac edib. Bunun başqa maraqlı cəhəti odur ki, öz istehsalından 2 milyon ton daha çox tərəvəz ixrac edib. Nəyin hesabına? Başqa ölkələrdən alır,emal edir, baha qiymətə xaricə satır.Kənd təsərrüfatı inkişaf etdikcəsahəvi texnika istehsalıda inkişaf edir. Bu ölkəni genetika ölkəsi adlandırırlar ki, yeni modifikasiyalı kənd təsərrüfatı məhsulları istehsal edir. Hollandiyanıntəcrübi əhəmiyyətli naaliyyətləri olanVaqeninqenUniversiteti kimi təhsil- tədqiqat mərkəzləri var. Bəs sual olur ki, bu sahədə ölkəyə kömək edən nə olub? Hollandların ümumiyyətlə başqa sahədə uğurları. Tarixə nəzər salaraq unutmayaq ki, Azərbaycana yürüşlər təşkil edən rus carı İ Pyotr da gəmi istehsalının sirlərini öyrənmək üçün Hollandiyaya getmişdi. Dövrümüzdə isə informasiya texnologiyalarındakı uğurlar bütün sahələlə, o cümlədən kənd təsərrüfatına da kömək edib.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin dekabrın 6-da imzalanmış Strateji Yol Xəritəsində də torpaqsız kənd təsərrüfatının inkişafı nəzərdə tutulub. Artıq istixanalarda torpaq qatınin üzərində deyil, kokos substratı üzərində məhsul yetişdirirlər. Strateji Yol Xəritəsində nəzərdə tutulan məsələlərdən bir hissəsi yerinə yetirilib. Məsələn, Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.Amma kənd təsərrüfatının qorunması üçün siğorta fondunun yaranması isə hələ həllini gözləyən məslələrdən biridir.

Ölkə iqtisadiyyatınınneft-qaz sənayesindən asılılığını azaltmaq taleyüklü məsələdir. Strateji Yol Xəritəsi ilə əlaqədar konfransda dediyim kimi iqtisadiyyatımızı gəmiyə bənzədək. Gəmi o vaxt davamlı üzə bilər ki, o bölməldən ibarət olsun. Yəni, gəmi zədələnsə və 1 bölməyə su dolsa belə salamat bölmələrin hesabına üzməyə davam etsin. Eləcə də ölkə təkcə neft- qazdan asılı olmasın. Ölkəiqtisadiyyatı strukturunda sənaye, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, turizm, sair sahələr olsun və onların arasında səmərəli nisbət müəyyən edilsin.Əlbəttə planlı iqtisadiyyatdan fərqli olaraq bazar iqtisadiyyatında sərt bölgü ola bilməz. Amma mövcud alətlər- təşviqlə istiqamətləndirmək faydalı olar. Fikirləşirik ki, ümumilikdə iqtisadiyyatı bu cür sahələrə böldüyümüz kimi hər bir sahənin özüdə şaxələrə bölünməlidir. Kənd təsərrüfatı üzrə məsələn belə bir yanaşma olsun ki, strukturda dənli bitkilər, texniki bitkilər,bağçılıq, istixanalar, iri buynuzlu heyvadarlıq, xırda buynuzlu heyvandarlıq, quşçuluq və s arasında nisbət səmərəli olsun. Bunların balanslı şəkildə düzgün istiqamətləndirilməsi nəticəsində yəqin ki, bir sahənin inkişafı, digər sahənin tənnəzülünəgətirib çıxarmaz. Bu məsələ diqqətdə olmalıdır ki, bitkiçilikheyvandarlığımız hesabına inkişaf etməsin.

Azərbaycanın özünün ərzaq təhlükəsizliyi məsələsi var. Bir də var Azərbaycanın bəşəri ərzaq təhlükəsizliyində rolu.Məlumdur ki, bitkilər günəş enerjisini toplayır. Belə bir fikirdə vardır ki, bu gün bitkilər günəş enerjisinin cəmi 2 faizini toplaya bilir. Əgər saglam genetikanın inkişafı nəticəsində bu göstərici 50 faizə çatdırılsa əhali artımını nəzərə almaqla belə Yer üzündə ərzaq problemi yüz illərlə olmaz. Bəs günəş enerjisini  harada toplamaq olar? Əlbəttə günəş enerjisinin bol oldugu yerlərdə, məsələn Azərbaycanda.Norveç gözəl ölkədir,lakin günəş enerjisi azdır.Norvec kəndində günəş görünmədiyi üçün 2 güzgünü alt- alta qoyurlar ki, güzgünün biri işığı toplasın, biri də işığı kəndə ötürsün. 50 metr2 ərazidə insanlar günəş enerjisini hiss edə bilsinlər. İndi görün ki, biz nə qədər böyük resursa sahibik. Vətənimiz isə günəşli Azərbaycan adlanır. Ona görə də bəşəri borcumuz var. Kənd təsərrüfatı məhsulları yetişdirək və ixrac edək. Ümumiləşdirərək deyə bilərik ki, ərzaq sahəsində olun  pessimizə qarşı bir islami kəlam dayanır. “Allah insanı dünyaya gətirəndə onun ruzisinidə gətirir”. Amma Karl Veber deyirdi ki, dünyada ən çətin sənət idarəetmə sənətidir. Resurslardan qənaətlə istifadə etsək Yer üzünüərzaqla təmin etmək mümkündür. Vəmən burada tükənməz təbii resurslardan istifadəni dəyərləndirməküçün Sədi Şirazini yada salmaq istəyirəm. O deyir ki:

Sənə bir parça çörək vermək üçün çərxi-fələk,

Çalışır ayla günəş, göydə buludlarla, külək!

Bu resurslardan Azərbaycanda boldur. Qəbul olunmuş faktdır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində iştirak edir. Biz fikirləşirik ki, Azərbaycan bəşəriyyətin ərzaq təhlükəsizliyində iştirak edə bilər.Bunun üçün Azərbaycan kəndlisinə müraciət edirik. Ey Azərbaycan kəndlisi!Ey Azərbaycan kəndlisi,  bəşəri təhlükəsizliyi qoru!

Hadisələr
11.10.2018

Ərzaq təhlükəsizliyi davamlı inkişafın mühüm amili kimi

daha ətraflı...
11.10.2018

Zaman adamı

daha ətraflı...
04.07.2018

 “Azərbaycan iqtisadiyyatı qlobal dünya iqtisadiyyatında dəyişikliklər dövründə” mövzusunda beynəlxalq elmi konfransa...

daha ətraflı...
01.02.2018

Görkəmli alimin yubileyinə həsr olunmuş elmi-praktik konfrans

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır