AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

Hadisələr
27.04.2016

Professor Şamil Səmədzadənin 80 illiyinə həsr olunmuş Elmi Konfrans

Hörmətli tədbir iştirakçıları, mən də sizi Azərbaycan İqtisadçılar İttifaqı adından salamlayıram. Tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. Öncə Şamil müəllimin əziz xatirəsini anaraq, ruhunun şad olmasını diləyirəm. Şamil müəllim uzun illər idarəetmə sisteminin səmərəliliyinin artırılmasına yönəldilmiş elmi-nəzəri əsasların hazırlanmasında iştirak etmişdir. O zamanlar Sovet İttifaqının görkəmli iqtisadçıları, kibernetikləri azərbaycanlı həmkarları ilə fəal dialoq şəklində idarəetmə qərarlarının optimallaşdırılmasına xidmət edən elmi-tətbiqi sistemlərin yaradılması ilə məşğul olmuşdur. Dünyada gedən proseslər texniki və iqtisadi elmlərin kəsişməsində yerləşən mərkəzlərin rolunu artırır. Çünki bu təsisatların real iqtisadiyyatla əlaqəsi çoxdur, innovasiyalara açıq olur, onlar hətta nobel mükafatları laureatlarının yetişdirilməsində də mühüm rol oynayırlar. Şamil müəllimin elmi fəaliyyətinin son dövrünün Azərbaycan Texniki Universitetilə bağlanması da Azərbaycan iqtisadiyyatına real nəticələrin verilməsi ilə bağlıdır. Şamil müəllim haqqında şirin xatirələr çoxdur.  Onların bir hissəsini mən "İqtisadiyyat" qəzetinin dərc etdiyi Professorun 70 illik yubileyinə təbrik olaraq yazdığım “Əllərində bel, zəkasında sistemli fikir olan cəngavər qamətli alim” məqaləmdə bölüşmüşəm. Görkəmli alim daim  sistemli yanaşmanın təbliğatçısı olub. Onun fəaliyyət dairəsi idarəetmə olduğundan mən də bugün Azərbaycan üçün vacib olan məsələrədən birinə - davamlı inkişafın idarə olunması probleminə yığcam da olsa, sistemli şəkildə toxunmaq istəyirəm.

ətraflı Nəşr edələn toplular, kitablar, çıxışlar, “İqtisadiyyat” qəzeti bölümündə

Hadisələr
16.07.2020

Qlobal pandemik çağırışlar və davamlı inkişaf

daha ətraflı...
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır