AZ RU EN
подробнее...
Əlaqə nömrələri

+994 12 5660960

О МСЭ
Hüquqi statusu:

Yaradılma tarixi və işçilərinin sayı: 30 iyun 1992-ci il, işçilərin sayı 4, üzvlərin sayı 70.

Təşkilatın rəhbəri: Səmədzadə Ziyad Əliabbas oğlu, Aİİ-nin sədri,

Təşkilatın əsas fəaliyyəti və onun ən yaxın perspektiv planları: Aİİ-nin missiyası açıq bazar iqtisadiyyatı yaradılması ilə bağlı islahatların həyata keçirilməsi üçün ictimaiyyətin səylərini birləşdirmək və onu qlobal iqtisadiyyata qovuşdurmaqdan ibarətdir.

Sosial-iqtisadi problemlər üzrə Elmi Şura yaradılması barədə məsələ Dövlət Elm və Texnika Komitəsi qarşısında qaldırılmış, Dövlət Komitəsi bu məsələ barədə müsbət qərar qəbul etmişdir. Akademik Z.Səmədzadənin başçılıq etdiyi bu Elmi Şura İqtisadçılar İttifaqının, elmi müəssisələrin və ali məktəblərin, iqtisadi orqanların, bir sıra sahə nazirliklərinin və müvafiq idarələrin nümayəndələri ilə birlikdə elmi tədqiqat işlərinin tematikasını yenidən nəzərdən keçirmişdir.

1996-cı ildə Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin sifarişinə əsasən «Azərbaycanın elmi kadrları. Məlumat bankı» adlı işdə elmi və elmi-pedaqoji kadrlar hazırlanması siyasətini müəyyənləşdirmək üçün Azərbaycan elminin kadr potensialı hərtərəfli xarakterizə edilmişdir. Nəticələr Aİİ, AMEA İqtisadiyyat İnstitutu və İqtisadi İslahatlar Mərkəzi tərəfindən təşkil edilmiş konfrans və seminarlarda məruzə edilmişdir.

İqtisadçılar İttifaqının üzvləri «Azərkimya» dövlət şirkətinin müəssisələrində struktur dəyişikliklərinin həyata keçirilməsi barədə, eləcə də torpaq və su ehtiyatlarından, sənaye müəssisələrinin tullantılarından istifadə edilməsinin iqtisadi səmərəsini qiymətləndirməyin elmi əsasları barədə öz tövsiyə və təkliflərini təqdim etmişlər.

«Milli iqtisadiyyatın formalaşması» və «Daxili bazarın qorunması problemləri» mövzusunda müzakirələr aparılmışdır.

Azərbaycanın xarici iqtisadi əlaqələri haqqında konsepsiya yaradılmışdır.

Əhali artımı və əmək resurslarından istifadə məsələsinə dair seminarlar, disputlar, televiziya verilişləri, Azərbaycanın demoqrafik inkişafı problemlərinə həsr edilmiş (əhali artımına və inkişafa həsr edilmiş, Nyu-Yorkda və Qahirədə keçirilmiş beynəlxalq konfransın yekunları əsasında) dəyirmi masa keçirilmişdir.

Qiymətəmələgəlmə, maliyyə-kredit münasibətləri, investisiya siyasətinin həyata keçirilməsi, sığortanın təkmilləşdirilməsi sahəsində İqtisadçılar İttifaqının fəal işinin nəticələri yeni iqtisadi mexanizmin metodoloji əsasını təşkil edir .

«İqtisadiyyatın sabitləşdirilməsi» proqramı çərçivəsində Azərbaycan dəmir yolunun iqtisadi xidməti, Dövlət Avtomobil Nəqliyyatı Konserni və Azərbaycan Texniki Universiteti ilə birlikdə «Bazar şəraitində nəqliyyat kommunikasiyalarının inkişafı problemləri» mövzusunda dəyirmi masa keçirilmişdir.

Aİİ-nin «Azərbaycan neft maşınqayırma sənayesinin inkişafı məsələləri», «Bazar iqtisadiyyatı şəraitində aqrar sahədə təsərrüfatçılığın iqtisadi mexanizminin formalaşması problemləri» (Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Kənd Təsərrüfatı Akademiyası, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu ilə birlikdə) dəyirmi masalar təşkil olunmuşdur. İqtisadçılar İttifaqının maliyyə-kredit və büdcə siyasəti üzrə ekspert qrupu bank fəaliyyətinin təkmilləşdirilməsinə, mütəxəssislərin öyrədilməsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə dair konkret təkliflərin işlənib hazırlanmasında fəal iştirak etmişdir.

İqtisadçılar İttifaqının fəal iştirakı ilə son illərdə bazar münasibətləri, iqtisadiyyatın sabitləşdirilməsi maliyyə resurslarından istifadə problemlərinə dair onlarla elmi-nəzəri konfranslar keçirilmişdir.

Aİİ beynəlxalq İqtisadçılar İttifaqının üzvü kimi 43 dövlətdə öz nümayəndəliklərini yaratmışdır. İqtisadçılar İttifaqı San-Fransiskoda (1993), barselonada (1994), Avstraliyada (1995), Parisdə (1996), Moskvada (2003) və başqa yerlərdə keçirilən iri müşavirə və konfransların iştirakçısı olmuşdur. Aİİ-nin fəal iştirakı ilə son illərdə bir sıra elmi-praktiki konfrans təşkil edilmiş, sosial-iqtisadi inkişafın taleyüklü problemlərinə dair fundamental işlər dərc edilmişdir. Bu baxımdan, «Azərbaycan XXI əsrin astanasında» üçcildliyinin nəşri və 2001-ci ilin aprel ayında Çin Xalq Respublikasının görkəmli ictimai xadimlərinin və alimlərinin iştirakı ilə «Rlanlı iqtisadiyyatdan iqtisadi inkişafının bazar modelinə keçid» mövzusunda beynəlxalq konfransın, 2007-ci ildə Milli Məclisinin Azərbaycan İqtisadçılar İttifaqı ilə birlikdə təşkil etdiyi maliyyə resurslarından səmərəli istifadə məsələlərinə dair elmi konfrans keçirilməsi xüsusi qeyd edilməyə layiqdir. Konfransların materialları (ümumi həcmi 200 çap vərəqindən çoxdur) dərc edilmişdir.

Aİİ bir neçə qrant layihəsinin həyata keçirilməsində, 1998-2000-ci illərdə Aİİ «Cənubi Qafqazın sosial-iqtisadi və ərazi inkişafının sistemli təhlili və perspektiv meylləri TRASEKA proqramı çərçivəsində», «İqtisadçıların hazırlanması və onlardan istifadə edilməsi sistemində beynəlxalq standatların tətbiq edilməsində Cənubi Qafqaz ölkələrinin peşə assosiasiyalarının iştirakı» layihələrinin həyata keçirilməsində fəal iştirak etmişdir.

Aİİ-nin ən yaxın perspektiv planları iqtisadiyyat, menecment, maliyyə-büdcə, marketinq, audit, təsərrüfat hüququ və sahibkarlıq hüququ, elmin və istehsalatın inteqrasiyasına yardım edilməsi, ölkə iqtisadiyyatının yenidən qurulmasında gənc iqtisadçıların fəal iştirakı, onların daha da təkmilləşməsi və peşəkar səviyyəsinin artırılması üçün şərait yaradılması, milli iqtisadiyyatın inkişafının ən mühüm sosial-iqtisadi problemlərinə dair çoxvariantlı təkliflərin işlənib hazırlanması ilə bağlıdır. Ümumiyyətlə, ictimai qeyri-hökumət təşkilatı olmaqla Aİİ-nin fəaliyyəti keçid dövrünün məsul vəzifələrinin əhəmiyyətinin dərk edilməsinə əsaslanır. Aİİ qasrşıdakı illərdə bu potensialı və öz səylərini Azərbaycanın sosial-iqtisadi tərəqqisinə, sülh və xalqların tərəqqisi naminə inteqrasiya proseslərinin inkişafına yönəltməyi nəzərdə tutur.
События
16.07.2020
подробнее...
14.02.2019
подробнее...
24.01.2019
подробнее...
24.01.2019
подробнее...
Copyright © 2010 Aİİ! Все права защищены. Сайт разработан  веб студией Lider